Bakıda Fransa müstəmləkəçiliyinə qarşı "Beynəlxalq cəbhə" yaradıldı..

Bakıda Fransa müstəmləkəçiliyinə qarşı "Beynəlxalq cəbhə" yaradıldı..

Məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa təşkilatçılığı müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə iyulun 17-18-də Bakıda birinci Qurultay keçirilib.

İki gün davam edən qapalı müzakirələrin yekunu olaraq Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid cəbhənin - Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.

Qurultayda iştirak edən Fransa və Niderland 17 koloniyasının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyibər.

Bəyannamədə ölkəmizin dekolonizasiya prosesindəki vacib rolu, habelə Bakı Təşəbbüs Qrupunun müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, Azərbaycana minnətdarlıq ifadə olunub.

Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.

Beynəlxalq Azadlıq Cəbhəsinin təsis olunması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın, vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Hazırda müstəmləkə altındakı digər ərazilər üçün üzvlüyə açıq olacaq Cəbhə Fransa koloniyalarının dekolonizasiya prosesində səylərini birləşdirmək və öz müqəddəratlarını təyinetmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən Fəaliyyət Planının və gündəliyinin hazırlanması, beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələrin nəticəsidir.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.

Bakıda Fransa müstəmləkəçiliyinə qarşı "Beynəlxalq cəbhə" yaradıldı..


Leave a Comment